10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda hostellərin fəaliyyəti ilə bağlı yeni şərtlər hazırlanır

“Təxminən 2 ay müddətində insanlar hostellərin nə olduğunu aydın təsəvvür edə biləcəklər”. Bunu Milli Turizm Təbliğat Bürosunun gəlmə turizm sahəsində ixtisaslaşmış tur operator və turizm şirkətləri ilə görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, bununla bağlı müvafiq sərəncam verilib: “Qanunvericlik çərçivəsində yaşayış binalarında mehmanxana fəaliyyəti ilə məşğul olacağı zaman onun müvafiq şərtlərə əməl olunması lazımdır. Bunun üçün şərtlərin işlənərək hazırlanması ilə bağlı göstərişlər verilib. Bu tapşırıqların üzərində hazırda işləyirik. Təxminən 2 ay müddətində bu şərtlər təsdiq olunduqdan sonra artıq insanlar hostellərin nə olduğunu aydın təsəvvür edə biləcəklər”.

Nazir vurğulayıb ki, hostellərə insanlar, xüsusilə gənclər tərəfindən maraq var: “İnsanlar normal şəraiti olan, şəhərin mərkəzində yerləşən məkanlarda məskunlaşmaq istəyirlər”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər