2 C
Baku
Monday, January 19, 2026

Azərbaycanda hotel bron edən xaricilər ən çox bu platformalardan istifadə edirlər

Azərbaycanda hotel bron edən xarici turistlərin 72.37 %-i booking.com saytından istifadə edir.

Bu barədə “Azərbaycan Hotel Assosiasiyası” İctimai Birliyinin V Baş Assambleyasında məlumat verilib.

Məlumata görə, növbəti yerlərdə expedia.com (16.84 %), hotelbeds.com (7.7 %), ostrovok.ru (2.36 %), dotw.com (0.29 %) və agoda.com (0.24 %) saytları qərarlaşıb. O cümlədən Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən Rusiyadan olan turistlərin çoxu ostrovok.ru platformasından istifadə edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər