Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 23.1 faiz artaraq 1 496.8 min olub ki, bu da ümumi gecələmələrin 45.8 faizini təşkil edir.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2024-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 26,7 faiz artaraq 468,5 milyon manat olub.
Onun da 62.5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26.7 faizi ictimai iaşə xidmətlərindən, 2.9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7.9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.