11 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda hüquqi şəxslərin gəlir vergisi üzrə proqnoz 21% artırılır

Azərbaycan hökuməti gələn il hüquqi şəxslərin gəlir vergisi üzrə daxilolmaların 6 milyard 417 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.

Bu barədə “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.

Sənədə əsasən, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 21.3 % çoxdur.

2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 720,7 milyon manat, xərclərinin isə 33 milyard 300 milyon manat olacağı gözlənilir. Bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5.2 % və 3.1 % çoxdur. Son nəticədə dövlət büdcəsində 2 milyard 579,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 16.95 % azdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər