-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda hüquqi və fiziki şəxslərə qrant verə biləcək qurumların siyahısı təsdiqlənib

Azərbaycan prezidentiİlham Əliyev Azərbaycanın dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycanın hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında fərman imzalayıb.

Banker.azın APA-ya   istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinə prezidentin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq,Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Müəyyən edilib ki, hüquqi şəxs statusuna malik olan, Azərbaycanın dövlət büdcəsindən maliyyələşdirilən qurumlar (fondlar, mərkəzlər və digər qurumlar) “Qrant haqqında” qanunun 2-ci maddəsinin 4-cü hissəsinə əsasən fəaliyyət sahələrinə uyğun olaraq qrant verə bilərlər.

Son xəbərlər
Digər xəbərlər