2024-cü ilin I yarım ili ərzində daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 825,5 milyon manat məbləğində əsas borc ödənişləri investorlara geri qaytarılıb.
Hesabat dövrü ərzində investorlara 170,1 milyon manat məbləğində faiz və diskont ödənişləri həyata keçirilib.
Beləliklə I yarım ildə Azərbaycanda daxili maliyyə bazarında investorlara dövlət istiqrazları üzrə 955.6 mln. manat ödəniş edilib.