Azərbaycanda icbari avtomobil sığortası üzrə bazarın gəlirliliyi xeyli azalıb.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin ilk 11 ayı üçün təqdim etdiyi statistik rəqəmlərə istinad edir.
Belə ki, ilin yanvar-noyabr aylarında sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVİSMİS) üzrə 102.22 milyon manatlıq sığorta haqqı yığdığı halda, 82.29 milyon manatdan çox sığorta ödənişləri çəkiblər.
Bu da o deməkdir ki, bu əməliyyat üzrə ümumi mənfəət cəmi 19.93 mln. manat təşkil edib. 2021-ci ilin müvafiq dövründə isə 91.21 mln. manat sığorta haqqı yığmış, 67.04 mln. sığorta ödənişi həyata keçirmişdilər ki, bu da bu bazar üzrə sığortaçıların 24.17 mln. manat mənfəətliyi deməkdir.
2020-ci il üzrə isə sığorta haqları ilə ödənişlər arasında fərq 34.21 mln. manat idi.
min manat | |||
Tarix | Sığorta haqqları | Sığorta ödənişləri | Fərq |
Yanvar | 7,366 | 6,620 | 746 |
Fevral | 6,917 | 6,873 | 43 |
Mart | 7,423 | 7,206 | 217 |
Aprel | 8,272 | 8,205 | 66 |
May | 9,356 | 7,038 | 2,318 |
İyun | 9,116 | 5,832 | 3,284 |
İyul | 10,701 | 9,071 | 1,630 |
Avqust | 10,770 | 8,660 | 2,111 |
Sentyabr | 10,384 | 8,079 | 2,305 |
Oktyabr | 10,769 | 7,956 | 2,814 |
Noyabr | 11,147 | 6,753 | 4,394 |
İlk 11 ayda | 102,220 | 82,293 | 19,927 |