10 C
Baku
Tuesday, April 29, 2025

Azərbaycanda icbari sığorta bazarı 4% kiçilib

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 91 milyon 138 min manat həcmində sığorta haqqı yığılıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 29 milyon 927 min manat ödəniş həyata keçirilib.

2024-cü ilin eyni aylarında icbari sığorta üzrə yığımlar 94 milyon 829 min manat, ödənişlər isə 29 milyon 191 min manat olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 4% azalıb, ödənişlər isə 2.5% artıb.

2025-ci ilin 3 ayında icbari həyat sığortası üzrə 24 milyon 153 min manat sığorta haqqı yığılıb, 1 milyon 26 min manat həcmində ödəniş edilib. Qeyri-həyat sığortası növləri üzrə yığımlar 66 milyon 985 min manat, ödənişlər isə 28 milyon 902 min manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər