23 C
Baku
Saturday, April 20, 2024

“Azərbaycanda icbari sığorta növlərinin genişlənməsinə ehtiyac var”

“Azərbaycanda sığortanın qeyri-aktual olmasının səbəblərindən biri məhsul çeşidlərinin az olmasıdır”.

Banker.az xəbər verir ki, bunu  “Azərsığorta” Dövlət Sığorta Şirkəti açıqlayıb.

Şirkətdən bildirilib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən müştərilərə 15-dək sığorta məhsulu təqdim edilir. Lakin inkişaf etmiş ölkələrdə sığorta xidmətlərinin siyahısına 200-dən çox müxtəlif növlər daxildir.

“Azərsığorta” hesab edir ki, Azərbaycanda icbari sığorta növlərinin genişlənməsinə ehtiyac var. Ölkədə müəssisələrin məsuliyyət sığortası, peşəkar məsuliyyət sığortası, istehsalçının məsuliyyət sığortası, tikinti üzrə sahibkarın (tikinti təşkilatının) məsuliyyət sığortası, tanker sahiblərinin məsuliyyətinin sığortası, hava nəqliyyat növü sahibinin məsuliyyət sığortası, dəniz nəqliyyat növü sahibinin məsuliyyət sığortası və daşıyıcıların məsuliyyət sığortası kimi sığorta növlərinin icbari olması zəruridir.

Son xəbərlər
Digər xəbərlər