20 C
Baku
Saturday, October 12, 2024

Azərbaycanda icra başçısının iş başında həbs edildiyi bildirilir

Banker.az bu barədə “Baku Post” adlı mənbəyə istinad edir.

Hüquq-mühafizə orqanları əməkdaşları rayon İcra Hakimiyyəti başçılarından birini iş başında həbs ediblər. Məlumatda bildirilir ki, icra başçısıyla yanaşı onun müavini də saxlanılıb. Hazırda onların mənzillərində axtarışlar aparılır.

İcra başçısının və onun müavininin kimliyi bizə məlum olsa da, hələlik adını yazmırıq. Bircə onu qeyd edək ki, həmin icra başçısı rəhbərlik etdiyi rayona 5-6 ay əvvəl təyin olunub.

 


 

12:51
Unikal.org-un əldə etdiyi məlumata görə, icra başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu iş başında yaxalanıb.

İH-dən Unikal.org-a verilən məlumata görə, Quliyev Nizaməddin Məhəmməd oğlu ezamiyyətə gedib.

Qeyd edək ki, Nizaməddin Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.04.2019-ci il tarixli Sərəncamı ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.

Son xəbərlər
Digər xəbərlər