Azərbaycanda ictimai iaşə xidmətlərinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,1 dəfə azalaraq 605,0 milyon manat olub.
Banker.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 46,4 faizi hüquqi şəxslərin, 53,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Belə ki, hüquqi şəxslər üzrə dövriyyə ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 1,9 dəfə azalaraq 278,8 milyon manat olub.
Məlumat üçün qeyd edək ki, dünyada koronavirus infeksiyasının sürətlə yayılması əksər ölkələrin turizm sektoruna da öz mənfi təsirini göstərmişdir. Bu hal ölkəmizdə də müşahidə olunmuş və cari ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan ictimai iaşə müəssisələrinin göstəricilərində azalma qeydə alınmışdır.