17 C
Baku
Thursday, October 23, 2025

Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq

Azərbaycanda ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsız qaydada ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 %-nin ƏDV tutulan ümumi dövriyyələrindən çıxılması,

sadələşdirilmiş vergi ödəyən həmin şəxslər üzrə nağdsız dövriyyənin 6 % dərəcə ilə sadələşdirilmiş vergiyə cəlb olunması nəzərdə tutulur.

Bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, yenilik 2026-2029-cu illər üzrə gəlir siyasətinin əsas istiqamətlərindən biri kimi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması məqsədilə planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər