Azərbaycanın xaricdən idxal etdiyi məhsullarda inflyasiya 2024-cü ilin fevralında yüksəlib.
Banker.az xəbər verir ki, ilin ilk iki ayının nəticələrinə əsasən, idxal olunan məhsullar üzrə qiymət indeksləri illik müqayisədə 15.3% təşkil edib.
Bu yanvarda 15.1% olsa da, ondan öncəki dekabrda illik 16.7% təşkil etmişdi.
Bununla belə, əhalinin istehlakında əsas paya sahib olan ərzaq qiymətləri illik ucuzlaşıb.
Azərbaycanın xaricə ixrac etdiyi bir sıra məhsullar isə 2023-cü ilin ilk iki ayı ilə müqayisədə ümumilikdə 27.9 faiz ucuzlaşıb.
İdxaldakı inflyasiya Azərbaycanın ümumilikdə inflyasiyasına mühüm təsiri var. Ötən il Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfranslarının birində bildirmişdi ki, AMB-dəki qiymətləndirmələrə görə, Azərbaycandakı inflyasiyanın 80%-i təklifdən qaynaqlanan, idxal olunan inflyasiyadır.
Dövlət Statistika Komitəsinə görə, ölkədə ümumilikdə ərzaq, xidmətin illik müqayisədini ölçən istehlak qiymətləri indeksi (İQİ) 2024-cü ilin martında 0.4%-ə düşüb. Bu öncəki fevralda 0.8% idi. 2023-cü ilin fevralında İQİ 14.1% idi.
Hazırda inflyasiya tənzimləyici Mərkəzi Bankının hədəf çərçivəsindən xeyli aşağıdır. AMB-nin hədəfi 2%-4% arasında dəyişir.
2024-cü ilin yanvar-fevral aylarında idxal və ixrac olunan mallar üzrə qiymət indeksləri | |||
Bölmələr və mal qrupları üzrə | |||
2024-cü ilin yanvar-fevral ayları əvvəlki ilin müvafiq dövrünə nisbətən | |||
İdxal olunan məhsullar üzrə qiymət indeksləri, faizlə | İxrac olunan məhsullar üzrə qiymət indeksləri, faizlə | ||
Diri heyvanlar; Heyvan mənşəli məhsullar | 102.8 | 103.1 | |
01 | Diri heyvanlar | 100.9 | 117.1 |
02 | Ət və qidaya yararlı əlavə ət məhsulları | 116.6 | 102.3 |
03 | Balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları | 107.3 | 103.2 |
04 | Süd məhsulları; Quş yumurtası; Təbii bal, başqa yerdə adları çəkilməyən və daxil edilməyən heyvan mənşəli qida məhsulları | 96.1 | 87.5 |
05 | Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən heyvan mənşəli məhsullar | 142.6 | 150.5 |
Bitki mənşəli məhsullar | 92.5 | 115.0 | |
06 | Canlı ağaclar və digər bitkilər; soğanaqlar, köklər və bitkilərin digər analoji hissələri; Kəsilmiş çiçəklər və dekorativ bitkilər | 144.0 | 98.4 |
07 | Tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruları | 110.1 | 105.4 |
08 | Yeməli meyvə və qoz-fındıq; Sitrus meyvələrinin və ya qovunun qabıqları | 106.1 | 118.7 |
09 | Qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyatlar | 104.1 | 113.1 |
10 | Dənli bitkilər | 78.0 | 67.7 |
11 | Unüyütmə-yarma sənayesi məhsulları; Səməni; Nişastalar;İnulin; Buğda özü | 102.2 | 83.9 |
12 | Yağlı toxumlar və bar; Digər toxumlar, bar və dən; Dərman bitkiləri və texniki bitkilər; Saman və yem | 118.4 | 104.7 |
13 | Təmizlənməmiş təbii şellak; Kitrələr, qatranlar və digər bitki şirələri və ekstraktları | 104.2 | 104.2 |
14 | Hörmə məmulatlarının hazırlanması üçün bitki materialları; Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən digər bitki mənşəli məhsullar | 136.0 | 142.9 |
Heyvan və ya bitki mənşəli piylər və yağlar və onların parçalanmasından alınan məhsullar; | 85.5 | 83.3 | |
15 | Heyvan və ya bitki mənşəli piylər və yağlar və onların parçalanmasından alınan məhsullar; Hazır qida piyləri; Heyvan və ya bitki mənşəli mumlar | 85.5 | 83.3 |
Hazır qida məhsulları; Alkoqollu və alkoqolsuz içkilər və sirkə; Tütün və onun əvəzediciləri | 109.8 | 118.6 | |
16 | Ətdən, balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından alınan hazır məhsullar | 112.2 | 114.7 |
17 | Şəkər və şəkərdən qənnadı məmulatları | 107.4 | 124.8 |
18 | Kakao və onun məhsulları | 112.9 | 121.6 |
19 | Taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar; Unlu qənnadı məmulatları | 105.2 | 98.6 |
20 | Tərəvəzin, meyvənin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları | 114.4 | 139.6 |
21 | Müxtəlif qida məhsulları | 103.4 | 114.7 |
22 | Alkoqollu və ya alkoqolsuz içkilər və sirkə | 119.4 | 115.8 |
23 | Yeyinti sənayesinin qalıqları və tullantıları; Heyvanlar üçün hazır yem | 107.3 | 87.9 |
24 | Tütün və tütünün sənaye əvəzediciləri | 114.6 | 98.9 |
Mineral məhsullar | 121.1 | 75.8 | |
25 | Duz; Kükürd; Torpaqlar və daş; Suvaq materialları, əhəng və sement | 113.3 | 106.3 |
26 | Filizlər, şlak və kül | 125.0 | 87.2 |
27 | Mineral yanacaq, neft və onun qovulma məhsulları; Bitumlu maddələr; Mineral mumlar | 121.1 | 75.7 |
Qeyri-üzvi kimya sənayesinin və onunla əlaqədar sənaye sahələrinin məhsulları | 113.5 | 119.9 | |
28 | Qeyri-üzvi kimya məhsulları; Qiymətli metalların, nadir torpaq metalların, radioaktiv elementlərin və ya izotopların qeyri-üzvi və ya üzvi birləşmələri | 107.4 | 86.9 |
29 | Üzvi kimyəvi birləşmələr | 105.9 | 121.0 |
30 | Əczaçılıq məhsulları | 106.0 | 113.6 |
31 | Gübrələr | 78.7 | 115.3 |
32 | Aşılayıcı və boyayıcı ekstraktlar; Tanninlər və onların törəmələri; Boyaqlar, piqmentlər və digər boya maddələri; Boyalar və laklar; Şpaklovka və digər mastikalar; Poliqrafiya boyaları, mürəkkəblər, tuş | 123.1 | 108.4 |
33 | Efir yağları və rezinoidlər; Ətriyyat, kosmetika və tualet vasitələri | 137.0 | 159.1 |
34 | Sabun, səthi-aktiv üzvi maddələr, yuyucu vasitələr, sürtkü materialları,süni və hazır mumlar,təmizləmə və ya pardaqlama üçün tərkiblər, şamlar və analoji məmulatlar, yapma üçün pasta, plastilin və diş müalicəsi üçün gips əsaslı tərkiblər | 113.8 | 100.7 |
35 | Zülalii maddələr; Modifikasiya olunmuş nişastalar; Yapışqanlar; Fermentlər | 129.7 | 89.9 |
36 | Partlayıcı maddələr; Pirotexniki məmulatları; Kibritlər; Pirofor ərintilər; Bəzi yanar maddələr | 98.1 | – |
37 | Foto və kino malları | 143.0 | 100.0 |
38 | Digər kimyəvi məhsullar | 132.3 | 142.6 |
Plastmaslar və onlardan hazırlanan məmulatlar; Kauçuk, rezin və onlardan məmulatlar | 115.9 | 123.2 | |
39 | Plastmaslar və onlardan hazırlanan məmulatlar | 110.8 | 123.2 |
40 | Kauçuk, rezin və onlardan hazırlanan məmulatlar | 131.6 | 127.3 |
Emal olunmamış gönlər, aşılanmış dəri, təbii xəz və onlardan hazırlanan məmulatlar və s. | 158.5 | 159.1 | |
41 | Emal olunmamış gönlər (təbii xəzdən başqa) və aşılanmış dəri | 77.7 | 159.6 |
42 | Dəri məmulatları; Sərraclıq-yəhər məmulatları və qoşqu; Yol ləvazimatları, çantalar və analoji mallar; Heyvanların daxili orqanlarından hazırlanan məmulatlar (barama qurdunun ipək ifraz edən vəzilərindən başqa) | 163.4 | 103.3 |
43 | Təbii və süni xəz; Ondan hazırlanan məmulatlar | 65.1 | – |
Oduncaq və ondan hazırlanan məmulatlar;Ağac kömürü; Mantar və ondan hazırlanan məmulatlar və s. | 104.3 | 78.2 | |
44 | Oduncaq və ondan hazırlanan məmulatlar; Ağac kömürü | 104.1 | 78.2 |
45 | Mantar və ondan hazırlanan məmulatlar | 134.0 | – |
46 | Küləşdən, alfadan və digər hörmə üçün materiallardan məmulatlar; Səbət məmulatları və hörülmüş məmulatlar | 195.0 | 100.0 |
Oduncaqdan və ya digər lifli sellüloz materiallardan kütlə; Regenerasiya edilən kağızlar və s. | 112.4 | 100.1 | |
47 | Oduncaqdan və ya digər lifli sellüloz materiallardan kütlə; Regenerasiya edilən kağız və karton (makulatura və tullantılar) | 84.6 | 100.0 |
48 | Kağız və karton; Kağız kütlədən, kağızdan və ya kartondan məmulatlar | 106.8 | 100.9 |
49 | Çap edilmiş kitablar, qəzetlər, reproduksiyalar və poliqrafiya sənayesinin digər məmulatları; Əlyazmalar, makinada yazılan mətnlər və planlar | 161.3 | 105.5 |
Toxuculuq materialları və məmulatları | 138.3 | 105.6 | |
50 | İpək | 103.7 | 86.0 |
51 | Yun, zərif və ya qaba heyvan tükü; At tükündən iplik və parça | 85.7 | – |
52 | Pambıq | 115.3 | 106.1 |
53 | Digər bitki mənşəli tekstil lifləri; Kağız iplik və kağız iplikdən parçalar | 76.0 | – |
54 | Kimyəvi saplar, kimyəvi tekstil materiallarından yastı və analoji saplar | 128.6 | 170.1 |
55 | Kimyəvi liflər | 108.9 | 100.0 |
56 | Pambıq, keçə və ya fetr və toxunmamış materiallar; Xüsusi iplik; Ciyələr, kəndirlər, kanatlar və troslar və onlardan məmulatlar | 100.7 | 100.4 |
57 | Xalçalar və digər tekstil döşəmə örtükləri | 115.4 | 170.5 |
58 | Xüsusi parçalar; Taftinqli tekstil materiallar; Krujeva; Qobelenlər; Bəzək materialları; Naxış tikmələri | 132.2 | 157.3 |
59 | Hopdurulmuş, üzlüklü və ya təkrarlanmış tekstil materialları; Texniki təyinatlı tekstil materialları | 106.3 | 106.3 |
60 | Maşınla və əllə toxunmuş trikotaj parçalar | 105.0 | 97.3 |
61 | Maşınla və ya əllə toxunmuş trikotaj geyim əşyaları və geyim üçün ləvazimatlar | 156.1 | 115.4 |
62 | Maşınla və ya əllə toxunmuş trikotajdan başqa, geyim əşyaları və geyim üçün ləvazimatlar | 152.7 | 123.4 |
63 | Digər hazır toxuculuq məmulatları; Dəstlər; İşlənmiş geyimlər və toxuculuq məmulatları; Cır-cındır | 159.8 | 94.6 |
Ayaqqabı, baş geyimləri, çətirlər, günəş qoruyucu çətirlər, çəliklər, lələklər və s. | 135.7 | 107.1 | |
64 | Ayaqqabı, getrlər və analoji məmulatlar; Onların detalları | 138.3 | 106.4 |
65 | Baş geyimləri və onların hissələri | 122.1 | 119.3 |
66 | Çətirlər, gündən qoruyucu çətirlər, çəliklər, çəlik-oturacaqlar, qırmanc, at miniciliyi üçün qamçılar və onların hissələri | 76.2 | 100.0 |
67 | Emal edilmiş lələklər və pərğu və lələklərdən və ya pərğudan məmulatlar; Süni çiçəklər; İnsan saçından məmulatlar | 109.9 | 123.3 |
Daşdan, gipsdən, sementdən, asbestdən, qarğadüzündən (slyudadan) və ya analoji materiallardan məmulatlar | 109.7 | 92.3 | |
68 | Daşdan, gipsdən , sementdən, asbestdən, qarğadüzündən (slyudadan) və ya analoji materiallardan məmulatlar | 120.0 | 138.6 |
69 | Keramika məmulatları | 108.1 | 74.6 |
70 | Şüşə və ondan hazırlanan məmulatlar | 103.8 | 78.2 |
Mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, onlardan hazırlanan məmulatlar | 175.0 | 135.3 | |
71 | Təbii və ya becərilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metallar çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar; Bijuteriya; Sikkələr | 175.0 | 135.3 |
Azqiymətli metallar və onlardan hazırlanan məmulatlar | 114.3 | 103.2 | |
72 | Qara metallar | 104.9 | 120.1 |
73 | Qara metallardan məmulatlar | 119.2 | 105.8 |
74 | Mis və ondan hazırlanan məmulatlar | 109.5 | 101.9 |
75 | Nikel və ondan hazırlanan məmulatlar | 125.7 | 100.0 |
76 | Alüminium və ondan hazırlanan məmulatlar | 106.8 | 95.9 |
78 | Qurğuşun və ondan hazırlanan məmulatlar | 84.5 | 98.2 |
79 | Sink və ondan hazırlanan məmulatlar | 109.0 | 90.5 |
80 | Qalay və ondan hazırlanan məmulatlar | 100.0 | – |
81 | Digər qiymətsizi metallar; Metal-keramika; Onlardan hazırlanan məmulatlar | 102.1 | 80.1 |
82 | Qiymətsiz metallardan alətlər, qurğular, bıçaq məmulatları, qaşıqlar və çəngəllər; Onların qiymətsiz metallardan olan hissələri | 133.9 | 156.5 |
83 | Qiymətsiz metallardan hazırlanan digər məmulatlar | 142.5 | 118.4 |
Maşınlar, avadanlıq və mexanizmlər; Elektrotexniki avadanlıq; onların hissələri və s. | 123.9 | 130.4 | |
84 | Nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular; Onların hissələri | 124.3 | 132.1 |
85 | Elektrik maşınlar və avadanlıq, onların hissələri; Səsyazma və səsləndirmə aparaturası, televiziya təsvirinin və səsin yazılması və canlandırılması üçün aparatura, onların hissələri və ləvazimatları | 123.4 | 125.0 |
Yerüstü nəqliyyat vasitələri, üzən vasitələr və nəqliyyata aid qurğular | 110.7 | 93.1 | |
86 | Dəmiryol lokomotivləri və ya mühərrikli tramvay vaqonları, dəmiryol nəqliyyat vasitələri və onların hissələri; Dəmiryol və ya tramvay xətləri üçün yol avadanlığı və qurğuları və onların hissələri; Bütün növ mexaniki siqnal avadanlığı | 111.2 | 174.5 |
87 | Dəmiryolu və tramvay nəqliyyat vasitələrindən başqa, yerüstü nəqliyyat vasitələri və onların hissələri və ləvazimatları | 113.3 | 87.2 |
89 | Gəmilər, qayıqlar və üzən konstruksiyalar | 102.0 | 140.8 |
Optik, fotoqrafiya, kinematoqrafiya, ölçü, nəzarət, çox dəqiq, tibbi cərahiyyə alətləri və s. | 144.2 | 175.1 | |
90 | Optik, fotoqrafiya, kinematoqrafiya, ölçü, nəzarət, çox dəqiq, tibbi və ya cərrahiyyə alətləri və aparatları; Onların hissələri və ləvazimatları | 140.7 | 177.7 |
91 | Bütün növ saatlar və onların hissələri | 194.6 | 101.2 |
92 | Musiqi alətləri; Onların hissələri və ləvazimatları | 113.9 | 112.3 |
Müxtəlif sənaye malları | 134.3 | 154.7 | |
94 | Mebel; Yataq ləvazimatları, döşəklər, döşək əsasları, divan yastıqları və analoji doldurulma mebel ləvazimatları; Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan lampalar və işıqlandırıcı avadanlıq; Üzərində ad və ya ünvan yazılmış işıq tabloları | 140.4 | 171.6 |
95 | Oyuncaqlar, oyunlar və idman inventarı; Onların hissələri və ləvazimatları | 162.3 | 171.4 |
96 | Müxtəlif hazır məmulatlar | 106.7 | 100.0 |
İncəsənət əsərləri, kolleksiya əşyaları və əntiq əşyaları | 106.3 | 133.8 | |
97 | İncəsənət əsərləri, kolleksiya əşyaları və əntiq əşyaları | 106.3 | 133.8 |
C Ə M İ: | 115.3 | 79.3 |