6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda iki aydır yaradılan şirkətin kapitalı 10 milyon manata qaldırıldı

Azərbaycanda yeni yaradılmış şirkətin nizamnamə kapitalı 10 milyon manatdan yuxarı qaldırılıb.

Banker.az-a daxil olan məlumatda bildirilir ki, “Abşeron İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 21 noyabr 2022-ci il tarixdə yaradılarkən 1000 manat olduğu halda, 2023-cü ilin yanvarından 10 201 000 manata qaldırılıb.

Şirkət “Caspian Marine Services”in (CMS haqqında ətraflı) Azərbaycandakı bir neçə şirkətinin yerləşdiyi Bakı şəhəri Səbail rayonu, Salyan şossesi , ev 6H, 13-cü km ünvanında qeydiyyata alınıb. Bu ünvanda, “CMS İNVEST” MMC və “CMS PROPERTİES” MMC yerləşir.

Şirkətin baş icraçı direktoru Vüqar Novruzov İntiqam oğludur. O, 2018-ci ildən CMS-ə qoşulub və həmin tarixdən orada Daxili audit üzrə inzibatçıdır.

Son xəbərlər
Digər xəbərlər