5 C
Baku
Tuesday, December 23, 2025

Azərbaycanda iki böyük dövlət qurumu yenidən təşkil olunur

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC (BTR) yenidən təşkil olunur.

Banker.az bildirir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Məlumata görə, buna səbəb “Meqa-Telekom” MMC-nin, eləcə də Rabitə qurğularının təmiri və tikintisi idarəsinin və Bakı Avtomat Telefon Qovşağının BTR-ə qoşulmasıdır.

Bundan əlavə, “BB International Construction Company AZE” MMC “Heydər Əliyev adına Müasir Təhsil Kompleksi” MMC-yə qoşulur.

Məlumata görə, son nəticədə Təhsil Kompleksi yenidən təşkil olunur.

©Report

Son xəbərlər
Digər xəbərlər