4 mart 2025-ci il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
Banker.az xəbər verir ki, hərraca Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə məxsus iki gəmi çıxarılacaq.
Start qiyməti 295 000 manatdan başlayan “ƏLİF HACIYEV” elmi tədqiqat gəmisi və 20 000 manatdan başlayan “QRADUŞİY” təchizat gəmisi satılacaq.
Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 311-01-60; (Daxili: 1758, 1709, 1706 və 1705)