13 C
Baku
Wednesday, April 30, 2025

Azərbaycanda iki palata memarandum imzaladı

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə Palatadan bildirilir.

Memorandumun məqsədi bu sahədə qarşılıqlı əməkdaşlığın təkmilləşdirilməsi və birgə tədbirlərin genişləndirilməsidir.

Memoranduma uyğun olaraq birgə əməkdaşlıq çərçivəsində tərəflər cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə sorğu əsasında məlumat və sənəd mübadiləsinin aparılması, müvafiq sahədə vahid məlumat bazasının formalaşdırılması sahəsində əməkdaşlıq edəcək.

Bununla yanaşı, memoranduma əsasən tərəflər səlahiyyətləri çərçivəsində qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı işçi görüşlər, elmi–praktiki konfranslar və seminarlar təşkil edəcək.

Son xəbərlər
Digər xəbərlər