16 C
Baku
Monday, April 29, 2024

Azərbaycanda iki su anbarının yaradılmasına 2.3 milyon manat xərclənəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Geo-SU Group” və “Hydro-Geo Environnement Group” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, “Geo-SU Group” MMC ilə bağlanmış müqavilədə Ağsuçay su anbarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 885 000 manatdır.

“Hydro-Geo Environnement Group” MMC ilə bağlanmış müqavilədə isə Zəyəmçay su anbarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur. Bu müqavilənin məbləği isə 1 416 000 manatdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər