Azərbaycanda COP29 ərəfəsində 760 MVt-lıq iki elektrik stansiyasının təməlinin qoyulması razılaşdırılıb.
Bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Məşvərət Şurası çərçivəsində BƏƏ-nin enerji və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzrui ilə karbohidrogen və bərpa olunan enerjinin istehsalı-ixracı sahələrində regional əhəmiyyətli əməkdaşlığımıza dair səmərəli müzakirələrimiz oldu. COP29 ərəfəsində 760 MVt-lıq 2 stansiyanın təməlini qoymağı razılaşdırdıq”, – paylaşımda qeyd olunub.