23 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycanda iki yeni qurum yaradıla bilər

Azərbaycanda Daşınar Əmlak Reyestri və Özəl Kredit Bürosu yaradıla bilər. Bunu açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib.

Onun sözlərinə görə, Dünya Bankı bu qurumların yaradılması ilə bağlı qanun layihələri üzərində işləyir: “Özəl Kredit Bürosu vasitəsilə insanların kreditdən tutmuş, kommunal xərcləri, hətta cərimələri belə vaxtında ödəyib-ödəmədiyini öyrənmək mümkün olacaq.

Daşınar Əmlak Reyestri vasitəsilə hər kəs mənzilində olan qiymətli məişət əşyalarını qeydiyyatdan keçirib, gələcəkdə götürəcəyi kreditin müqabilində onları banka girov qoya biləcək”.

Bəzi MDB ölkələrində artıq bu təcrübədən istifadə olunduğunu qeyd edən ekspert hesab edir ki, sözügedən qurumların yaradılması bank sektorunda ciddi irəliləyişə səbəb olacaq: “Rusiya, Ukrayna və bir sıra qonşu ölkələrdə bundan istifadə olunur. Hər iki qurumun yaradılmasında məqsəd insanların kreditlərə əlçatanlığını daha da asanlaşdırmaqdır. Qanun layihəsi qəbul olunduqdan sonra hər iki qurumun fəaliyyətə başlacağı gözlənilir. Hesab edirəm ki, bu, həm də problemli kreditlərin azalmasına kömək edəcək”.

Trend

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər