17 C
Baku
Tuesday, October 14, 2025

Azərbaycanda 2 illik dövlət istiqrazlarının gəlirliliyi son üç ilin minimumuna enib

14 oktyabr 2025-ci ildə Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 2 illik kuponlu dövlət istiqrazlarının hərracı keçirilib.

Banker.az xəbər verir ki, hərrac nəticəsində istiqrazların ortaçəkili gəlirliliyi 6,45%, kəsmə gəlirliliyi isə 6,5% təşkil edib. Bu göstərici 2022-ci ilin noyabrından bəri qeydə alınan ən aşağı səviyyədir.

2024-cü ilin dekabrında isə iki illik dövlət istiqrazları üzrə orta gəlirlilik 10 faizin üzərinə qalxmışdı. İlk rübdə maliyyə naziri dəyişdikdən sonra istiqrazlar üzrə emissiya 8 ay müddətinə dayandırılmışdı.

20 milyon manatlıq buraxılış üzrə 19,93 milyon manatlıq istiqraz satılıb. İstiqrazlara olan tələb təklifi xeyli üstələyərək 65,37 milyon manat olub.

İstiqrazların nominal dəyəri 100 manat, tədavül müddəti isə 720 gündür. Hərracın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olub.

Son xəbərlər
Digər xəbərlər