Azərbaycanda repo əməliyyatlarının həcmi 2023-cü ilin ilk beş ayında illik müqayisədə 16% artıb.
Banker.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, repo əməliyyatlarının həcmi 3 mlrd. 295 mln. manat təşkil edib.
Repo əmliyyatlarının 2 mlrd. 714 mln. manatı dövlət istiqrazları ilə aparılıb ki, bu da illik 62% artımdır.
Mərkəzi Bankın notları ilə 72% azalaraq 321 mln. manata düşüb, korportativlərin həcmi isə 12 dəfə artaraq 261 mln. manat olub.
Repo – Tərəflər arasında dövlət və korporativ qiymətli kağızları ilə repo və əks-repo əməliyyatları bağlanıldığı bazardır.
Repo bazarı Bazar iştirakçıları üçün qısamüddətli borc cəlb etmə imkanları təqdim edir. Bazar iştirakçıları burada öz aralarında repo əməliyyatları bağlayaraq qısamüddətli maliyyə ehtiyaclarını təmin edə bilərlər.
Repo əməliyyatı – Repo predmeti olan investisiya qiymətli kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlərlə geri satın alınması (satılması) öhdəliyi ilə satılmasıdır (alınmasıdır).
Qiymətli kağızın növünə görə | Repo, manat |
PAŞA Kapital İnvestisiya Şirkəti” QSC | 2,775,678,256 |
ABB İnvest İnvestisiya Şirkəti QSC | 1,067,921,337 |
CPM-İnvest İnvestisiya Şirkəti QSC | 927,861,556 |
Unicapital İnvestisiya Şirkəti ASC | 905,449,926 |
BTB Kapital İnvestisiya Şirkəti ASC | 240,580,218 |
AzFinance İnvestisiya Şirkəti QSC | 158,321,437 |
Capital Partners İnvestisiya Şirkəti QSC | 132,930,985 |
İnvest-Az İnvestisiya Şirkəti QSC | 115,866,289 |
Xalq Kapital İnvestisiya Şirkəti QSC | 24,500,000 |
PSG Kapital İnvestisiya Şirkəti QSC | 621,253 |