Azərbaycanın ilk avtopilot və elektrik avtomobili quraşdırılması layihəsi sərgiyə çıxarılıb.
Banker.az xəbər verir ki, bunu yerli “IDRAK Technology Transfer” şirkəti təklif edir.
“Layihə passiv olan dəmir yollarını aktiv hala gətirmək üçün nəzərdə tutulub”.
Bu avtomobil həm dəmir yolunda həm asfaltda hərəkət edə bilir. İlk iki şəkildə gördüyünüz konsept tam işlək vəziyyətdədir.
“Ağıllı avtomobil yollarda hərəkət təhlükəsizliyini, sürücü və sərnişin rahatlığını təmin edir,yol-qayda pozuntularını avtomatik qeydə alır, nəqliyyat vasitəsinin idarə edilməsini asanlaşdırır.
Avtomobilin bort kompüteri nəqliyyat vasitəsinin idarəetmə imkanlarını rahatlaşdırmaq, avtomobilə və onun ətrafında baş verən proseslərə, həmçinin sərnişinlərə nəzarət etmək, onların vaxtlarının səmərəli keçirmələrinə şərait yaratmaq, nəqliyyatdan rahat istifadəni təmin etmək üçün nəzərdə tutulmuşdur”- deyə qurumun layihəsində deyilir.


![Azərbaycanda ilk avtopilot e-avtomobil: Asfalt və relsdə gedə bilir [fotolar] 1 80843840 2948084815222339 4271551340460638208 o](https://banker.az/wp-content/uploads/2019/12/80843840_2948084815222339_4271551340460638208_o-150x150.jpg)
![Azərbaycanda ilk avtopilot e-avtomobil: Asfalt və relsdə gedə bilir [fotolar] 2 80549264 2948084805222340 7076766821335957504 o](https://banker.az/wp-content/uploads/2019/12/80549264_2948084805222340_7076766821335957504_o-150x150.jpg)
![Azərbaycanda ilk avtopilot e-avtomobil: Asfalt və relsdə gedə bilir [fotolar] 3 80764476 2948085141888973 7983462678406365184 o](https://banker.az/wp-content/uploads/2019/12/80764476_2948085141888973_7983462678406365184_o-150x150.jpg)
![Azərbaycanda ilk avtopilot e-avtomobil: Asfalt və relsdə gedə bilir [fotolar] 4 80704084 2948085148555639 8815137422594539520 o](https://banker.az/wp-content/uploads/2019/12/80704084_2948085148555639_8815137422594539520_o-150x150.jpg)
![Azərbaycanda ilk avtopilot e-avtomobil: Asfalt və relsdə gedə bilir [fotolar] 5 80988431 2948084945222326 6705368084284178432 o](https://banker.az/wp-content/uploads/2019/12/80988431_2948084945222326_6705368084284178432_o-150x150.jpg)
![Azərbaycanda ilk avtopilot e-avtomobil: Asfalt və relsdə gedə bilir [fotolar] 6 80639109 2948084928555661 5715511867837775872 o](https://banker.az/wp-content/uploads/2019/12/80639109_2948084928555661_5715511867837775872_o-150x150.jpg)





