Banker.aza Azərbaycan Banklar Assosasiyasından verilən məlumata əsasən, yeni foruma start verilir.
İlk Bankçılıq Forumunda Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vuqar Qasımlı, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və digər yerli və varici qonaqlar iştirak edəcək.
Forum iki gün davam edəcək və 4 paneldən ibarət olacaqdır. Forumun başlanma tarixi 24 noyabra təyin edilmişdir.