10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda ilk dəfə baş tutacaq “Maliyyə üzrə Yaz Məktəbi”nə qeydiyyat başladı

2017-ci ilin 1 Aprel-23 Aprel  arasında Bakıda ilk dəfə keçiriləcək “Maliyyə üzrə Yaz Məktəbi”-nə qeydiyyat başlamışdır.  Proqrama maliyyə və mühasibatlıq üzrə təhsil alan və ya bu sahə üzrə karyeraya sahib şəxslər müraciət edə bilər.

“Maliyyə üzrə Yaz Məktəbi” Azərbaycanda fəaliyyət göstərən aparıcı şirkətlərdə, eləcə də “Böyük dördlük”-də çalışan ACCA member, CFA Holder, FRM holder sertifikatlarına sahib şəxslərin, təlimçilərin, o cümlədən “Guest spiker”-lərin iştirakı ilə təşkil olunacaqdır.

“Maliyyə üzrə Yaz Məktəbi” 6 müxtəlif modul üzrə, ümümulikdə 8 dərs, hər dərs isə 3-4 saat olmaqla həftəsonları baş tutacaqdır.  Hər bir modulun sonunda imtahan vasitəsilə  tədris edilmiş mövzuları hansı dərəcədə mənimsəməyiniz yoxlanılacaqdır. Sonda isə final imtahan baş tutacaqdır və uğurlu nəticə göstərənlərə fərqlənmə sertifikatı, digər iştirakçılara isə iştirak sertifikatları təltif olunacaqdır.

“Maliyyə üzrə Yaz Məktəbi” ingilis dilində tədris ediləcəkdir lakin, iştirakçıların istədiyindən asılı olaraq Azərbaycan dilində izahlara da yer veriləcəkdir.

(Daha anlaşıqlı olması və təlim materialının ingilis dilində hazırlanması səbəbilə təlimi əhatə edəcək tədris proqramı ingilis dilində qeyd edilmişdir.)

Module 1 – Finance and Accounting

  • Financial accounting
  • Financial Statements
  • Consolidated financial statements

Module 2 – Financial Statements Analysis

  • Financial Analysis of companies
  • Interpretation of financial ratios
  • Interpretation of financial statements

Module 3 – Financial Management

  • Working capital management
  • Investment appraisal (Payback period, ROI, NPV, IRR, NPV allowing for inflation and taxation, Adjusting for risk and uncertainty)

Module 4 – Business Valuations

  • Assets-based approach
  • Income-based approach
  • Cash flow-based approach

Module 5 – Business finance

  • Sources of and raising business finance
  • Cost of Capital (WACC, CAPM and etc.)

 Module 6 – Islamic finance

  • Islamic  finance frinciples
  • Islamic finance  industry
  • Islamic equity funds

 “Maliyyə üzrə Yaz Məktəbi”-nə müraciət etmək tamamilə ödənişsizdir və [email protected] ünvanına CV və ya  online qeydiyyat formasını (https://goo.gl/forms/p7FUTWFXXAsa5bDr1) doldurmaqla müraciət edə bilərsiniz.

Seçimlər zaman tezliyi əsas şərt olmaqla bir neçə kriteriya əsasında aparılacaqdır. Odur ki, daha tez müraciət edənlər “Maliyyə üzrə Yaz Məktəbi”-nə qatılmaq şanslarını artıracaqlar.

Proqramın sonunda imtahanlarda daha yüksək nəticə əldə edən, eləcə də dərslərdə aktiv iştirak edəcək şəxslərə “Fərqlənmə Sertifikatı”, digər iştirakçılara isə “İştirakçı Sertifikatı” təqdim olunacaqdır.

 

Qiymət:

Erkən müraciət                 (- Mart 8)                     220 AZN

Sonrakı müraciət          (Mart 9 – Mart 15)       260 AZN

Normal  qiymət                   (Mart 16 – Mart 29)     340 AZN

* Maliyyə üzrə Yaz Məktəbinə qoşulmaq üçün Maliyyə və ya Mühasibatlıq üzrə heç bir ilkin bilik tələb olunmasa da, bu sahə üzrə biliklərinizin olması sizin üçün avantaj olacaqdır.

Əlaqə:

Tel: +99470-228-23-22

Facebook: https://web.facebook.com/schooloffinancebaku

Son xəbərlər
Digər xəbərlər