9 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda ilk dəfə bu portal yerli startapçılara “Kickstarter” ilə dünya maliyyə bazarlarına çıxmaq imkanı yaradır

Azərbaycanda ilk dəfə olaraq EnterpriseAzerbaijan portalı kreativ fikirləri olan yerli startapçılara məşhur Kickstarter portalı üzərindən dünya maliyyə bazarlarına çıxmaq imkanı yaradır. Portal, bundan başqa, istənilən növ layihələr üçün IndieGOGO, Onemission, Planeta.ru, sosial və tibbi layihələr üçün Youcaring, fərqli texnoloji ideyalar üçün Crowdsupply, vençur kapitalist maliyyələşməsi üçün Crowdfunder, elmi ideyalar üçün Experiment, sosial xarakterli layihələr üçün Chuffed ilə birgə əməkdaşlıq üçün danışıqlar aparır.

Portalda Azərbaycandakı investisiya və startap layihələri, ideya, əmlak, səhm və torpaq satışı, həmçinin digər aktivlər barədə məlumatlar mövcuddur. Bu məlumatlar potensial investorların diqqətinə müxtəlif meyarlar üzrə klassifikasiya olunmuş, filtrləmə yolu ilə səlis axtarış imkanı yaradan məlumat bazası şəklində təqdim olunur.

EnterpriseAzerbaijan layihələrin bütün mərhələlərində onlara dəstək vermək məqsədilə aşağıdakı ardıcıllıqla investorların cəlbini həyata keçirir:

  • Toxum investor – layihənin ilkin mərhələsində onun bünövrəsini maliyyələşdirən və qarşılığında paya sahib olan investorlardır. Toxum investisiya növü ən riskli invesitisiya növüdür və ən etibarlı layihələrə təklif olunur.
  • Mələk investor – Toxum mərhələsini keçmiş layihələrə nisbətən kiçik məbləğdə (1 mln-a qədər) və əsasən şəxsi vəsaitlərini ayıran investorlardır.
  • Vençur investor – Layihə böyüdükdən və ilkin bazası formalaşdıqdan sonra layihəyə daha böyük məbləğ (1 mln-dan çox) yatıran investorlardır. Vençur investisiya yalnız çox böyük və riski çox aşağı olan layihələrə tətbiq olunur.

 Portala yerləşdirilən layihələr kənd təsərrüfatı, sənaye, energetika, tikinti, nəqliyyat/logistika, telekommunikasiya, elm və texnologiya və s. kateqoriyalar olmaqla 12 sahəni əhatə edir.

 Geoiqtisadi Xəritə

 EnterpriseAzerbaijan portalının üstünlüklərindən biri də  Azərbaycanda və  postsovet məkanında öz məlumat  zənginliyi ilə seçilən Geoiqtisadi xəritənin yaradılmasıdır. Portalda yerləşdirilən bu xəritədə nəqliyyat infrastrukturu, sənaye parkları, texnoparklar, biznes inkubatorlar, xidmət sektoru, elm və təhsil müəssisələri, təbii sərvətlər, şirkətlər və s. daxil olmaqla 1200 əsas obyekt, həmçinin inzibati və iqtisadi rayonlar haqda azərbaycan, ingilis və rus dilində olmaqla, 3 dildə məlumat yerləşdirilib.

Son xəbərlər
Digər xəbərlər