14 C
Baku
Friday, November 21, 2025

Azərbaycanda ilk dəfə meyvənin keyfiyyət itkisinə sığorta ödənişi edilib – 321 min manat

2025-ci ilin noyabrında Aqrar Sığorta Fondu ilk dəfə meyvə bağlarında doludan yaranan keyfiyyət itkisinə görə 321 602 manat ödəniş həyata keçirib.

Banker.az bunu Fonda istinadən xəbər verir.

Bildirilir ki, Tərtər rayonunun Kəbirli kəndində “Aqropat” MMC-yə məxsus bağlar may ayında yağan dolu nəticəsində həm miqdar, həm də keyfiyyət itkisi ilə üzləşib. Bu da indiyədək meyvə bağları üzrə ən böyük və keyfiyyət itkisi ilə bağlı ilk sığorta ödənişidir.

Ümumilikdə fond tərəfindən meyvə bağlarına 1,5 milyon manat ödənilib və ilin sonunadək bu məbləğin 2 milyonu keçəcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycanda dövlət sığorta haqqının 50%-ni subsidiya edir.

Son xəbərlər
Digər xəbərlər