®“MKT İstehsalat Kommersiya” MMC tərəfindən Azərbaycanın tarixində ilk dəfə “Ne 60/1” və “Ne 80/1” iplik növləri istehsal edildi.
Bu ipliyin istehsal olunmasında “Ha 1432” hibrid toxum çeşidindən istifadə olunmuşdur. Son iki il ərzində keçirilən sınaqlar böyük müvəffəqiyyətlə tamamlanmış, ötən mövsüm 20 hektar sahədə sınaqdan keçirilən bu toxumlar, yüksək keyfiyyətli pambığın əldə olunmasına səbəb olmuşdur. Məhz bu keyfiyyətli pambıqdan, qeyd edilən “Ne 60/1” və “Ne 80/1” iplik növləri istehsal olunmuşdur.
“Ne 60/1” və “Ne 80/1” iplik növləri, dünya tekstil sənayesində ən çox axtarılan və dəyər verilən ipliklərdən hesab olunur. Yüksək davamlılıq və zəriflik kimi xüsusiyyətləri ilə fərqlənən bu ipliklərdən dünyanın qabaqcıl tekstil firmaları geniş istifadə edirlər.
“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir. https://www.mktcotton.com/