Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, bu il sentyabrın 1-nə 41 102 fiziki və 104 hüquqi şəxs, ümumilikdə 41 206 şəxs Azərbaycan banklarında pay sahibi olub.

Unikal bank səhmdarı olan fiziki şəxslərin malik olduqları səhmlərin ümumi dəyəri 1 milyard 298 milyon 994 min 948 manat, hüquqi şəxslərin malik olduqları səhmlərin ümumi dəyəri 3 milyard 217 milyon 803 min 806 manatdır. Beləliklə, sektor üzrə səhmlərin ümumi dəyəri 4 milyard 516 milyon 798 min 754 manatdır.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər