2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat sektoru üzrə yük daşımalarının ümumi həcmi illik müqayisədə 1.2% artaraq 56 milyon 594.3 min tona çatıb.
Banker.az xəbər verir ki, 2026-cı ilin yanvar-mart aylarında nəqliyyat və anbar təsərrüfatı sektorunda 3 milyard 435 milyon manat məbləğində xidmət göstərilmiş və ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1.7 faiz artım qeydə alınıb.
Hesabat dövründə dəmir yolu ilə yük daşımaları 6.3% azalaraq 4 milyon 73.9 min ton olub. Dəniz nəqliyyatında daşımalar daha kəskin – 12.8% azalaraq 1 milyon 927.8 min ton təşkil edib. Hava nəqliyyatı ilə daşımalar isə 11.4% azalaraq 82 min tona düşüb.
Boru kəmərləri ilə nəql edilən yüklərin həcmi 4.2% azalaraq 16 milyon 75.3 min ton olub. Bu sahədə neft kəmərləri üzrə daşımalar 10.7% azalaraq 8 milyon 65.2 min ton təşkil etdiyi halda, qaz kəmərləri ilə nəql 3.3% artaraq 8 milyon 10.1 min tona yüksəlib.
Ən böyük artım avtomobil nəqliyyatında qeydə alınıb – bu sahədə yük daşımaları 6% artaraq 34 435.3 min tona çatıb və ümumi artımın əsas mənbəyi olub.
| Nəqliyyat növü | 2026 (yanvar-mart), min ton | 2025 (yanvar-mart), min ton | İllik dəyişmə, % |
| Cəmi | 56 594.3 | 55 914.1 | 101.2 |
| Dəmir yolu | 4 073.9 | 4 346.2 | 93.7 |
| Dəniz | 1 927.8 | 2 210.0 | 87.2 |
| Hava | 82.0 | 92.5 | 88.6 |
| Boru kəməri | 16 075.3 | 16 779.3 | 95.8 |
|
8 065.2 | 9 028.8 | 89.3 |
|
8 010.1 | 7 750.5 | 103.3 |
| Avtomobil | 34 435.3 | 32 486.1 | 106.0 |







