8 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda ilkin mənzil bazarında qiymətlərin yüksəldiyi müşahidə edilir

2024-cü ilin birinci rübündə Azərbaycanda ilkin və təkrar satışa çıxarılmış mənzillərin qiymətləri indeksi aylıq yüksəlib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2024-cü ilin birinci rübündə ilkin mənzil bazarı üzrə qiymətlər əvvəlki rüblə müqayisədə 3.11% bahalaşıb. 2023-cü ilin ilk rübü ərzində isə ilkin mənzil bazarında 1.76% bahalaşma qeydə alınmışdı.

İlk rübdəki qiymətlər illik müqayisədə isə 7.51% bahalaşıb. 2023-cü ilin son rübündə 6.92% idi.

İlkin mənzillərdə ən çox bahalaşma ikiotaqlı evlərdə müşahidə edilib. Statistik dövrdə ikiotaqlı mənzillər əvvəlki rüblə (2023, IV rüb)  müqayisədə 3.73%, illik müqayisədə     8.46% artıb.

 

Azərbaycanda 2024-cü ilin I rübündə ilkin mənzil bazarında qiymətlər, faizlə
əvvəlki rübə müvafiq rübə müvafiq dövrə
Yaşayış evləri – cəmi 3.11 7.51 7.51
birotaqlı mənzillər 2.54 7.32 7.32
ikiotaqlı mənzillər 3.73 8.46 8.46
üçotaqlı mənzillər 3.57 8.09 8.09
dördotaqlı mənzillər 2.83 7.02 7.02
Azərbaycanda 2023-cü ilin IV rübündə ilkin mənzil bazarında qiymətlər, faizlə
əvvəlki rübə müvafiq rübə müvafiq dövrə
Yaşayış evləri – cəmi 1.76 7.76 6.92
birotaqlı mənzillər 2.12 8.44 8.07
ikiotaqlı mənzillər 1.97 8.4 7.38
üçotaqlı mənzillər 1.83 7.93 6.98
dördotaqlı mənzillər 1.44 7.02 6.43

 

Təkrar mənzil bazarında da qiymətlər artım dinamikasını yüksəlib. 2024-cü ilin ilk rübündə ümumi yaşayış mənzillərində qiymətlər rüblük 2.17% artıb, illik isə 9.06% bahalaşıb.

2023-cü ilin son rübündə qiymətlər aylıq 1.71% artmışdı, lakin illik 9.06% olmaqla 2024-cü ilin ilk rübünü üstələyir.

Üçotaqlı mənzillər ilk rübdə 2.38% artımla ən yuxarı artım göstərib.

Azərbaycanda 2024-cü ilin I rübündə təkrar mənzil bazarında qiymətlər, faizlə
əvvəlki rübə müvafiq rübə müvafiq dövrə
Yaşayış evləri – cəmi 2.17 8.07 8.07
birotaqlı mənzillər 1.97 7.45 7.45
ikiotaqlı mənzillər 2.25 7.58 7.58
üçotaqlı mənzillər 2.38 8.55 8.55
dördotaqlı mənzillər 1.59 8.96 8.96
Azərbaycanda 2023-cü ilin IV rübündə təkrar mənzil bazarında qiymətlər, faizlə
əvvəlki rübə müvafiq rübə müvafiq dövrə
Yaşayış evləri – cəmi 1.71 9.76 9.06
birotaqlı mənzillər 1.74 9.86 7.97
ikiotaqlı mənzillər 1.61 9.84 8.76
üçotaqlı mənzillər 1.71 9.35 9.22
dördotaqlı mənzillər 1.97 11.29 11.05

 

Son xəbərlər
Digər xəbərlər