Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin avqust ayı ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2.5 dəfə artıb.
Banker.az bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Avqustda ilkin qeydiyyatı aparılan torpaq sahələrinin sayı 3 121 təşkil edib.