Azərbaycan Respublikasının qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi (İQİBİ və ya baza inflyasiya) sentyabrda sabit qalıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, baza inflyasiya 2025-ci ilin sentyabr ayında avqustla müqayisədə 0,9 faiz (öncəki ayda 0.5 faiz), əvvəlki ilin sentyabr ayı ilə müqayisədə 4,9 faiz (öncəki ayda 4,4), 2025-ci ilin yanvar sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 4,6 faiz artım təşkil edib.
İllik baza orta inflyasiya may ayından bu tərəfə 4,6%-də sabit qalıb.
2025-ci ilin sentyabr ayında avqustla müqayisədə 1,8 faiz, 2025-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 6,7 faiz təşkil etmişdir.
ORTA İLLİK: