2023-cü ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən 9.4 faiz olub.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
O cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 10.4 faiz, qeyri-ərzaq məhsulları üzrə 8.9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8.6 faiz təşkil etmişdir.
2023-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0.2 faiz defilyasiya, əvvəlki ilin noyabr ayına nisbətən 2.6 faiz inflyasiya təşkil edib.