Azərbaycanda illik inflyasiya 10%-dən aşağı düşüb – Noyabrda deflyasiya qeydə alınıb

2023-cü ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən 9.4 faiz olub.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

O cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 10.4 faiz, qeyri-ərzaq məhsulları üzrə 8.9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8.6 faiz təşkil etmişdir.

2023-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0.2 faiz defilyasiya, əvvəlki ilin noyabr ayına nisbətən 2.6 faiz inflyasiya təşkil edib.

2222222

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər