Bu ilin yanvar-iyun aylarında Azərbaycanda illik inflyasiya 12,9 % təşkil edib, o cümlədən qida məhsulları üzrə qiymət indeksi 19 % artıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov iyulun 15-də Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Nazir qeyd edib ki, ölkədə antiinflyasiya siyasəti üzrə xüsusi tədbirlər planı təsdiqlənib və icrası həyata keçirilir