10 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycanda illik inflyasiya 2,1%-ə çatıb

Ərzaq məhsullarının qiymətləri 0,8% bahalaşıb.

Azərbaycanda yanvar-fevral aylarında illik inflyasiya 2,1% olub.

Dövlət Statistika Komitəsinə verdiyi məlumata görə, bu ilin ilk iki ayında ərzaq məhsullarının qiymətləri 2,4%, qeyri-ərzaq mallarının qiymətləri 3,5%, xidmət tarifləri 0,2% artıb.

Ötən ay yanvar ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,8% bahalaşıb. Qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə yanvar ayının səviyyəsində qalıb.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər