Azərbaycanda 2025-ci ilin sentyabr ayında istehlak qiymətləri indeksi (inflyasiya) illik müqayisdə 5.7 faiz təşkil edib.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Avqustda illik inflyasiya iyuldakı 5 faizdən 4.9 faizə düşmüşdü.
2025-ci ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,1 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 faiz artıb.
Əsas mandatı qiymət tənzimlənməsi olan Azərbaycan Mərkəzi Bankı inflyasiya üçün aşağı hədəf 2%, yuxarı isə 6% götürüb. AMB-nin İdarə Heyətinin qərarına əsasən sentyabrda uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb.