2025-ci ilin noyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin noyabr ayına nisbətən 5.5 faiz artıb. Halbuki, bu, oktyabrda illik 5.9% idi.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.1 faiz, qeyri-qida məhsulları üzrə 2,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5.7 faiz artım olub.
2025-ci ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.3 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5.7 faiz artım olub.
Azərbaycan Mərkəzi Bankı bildirir ki, illik inflyasiya hədəf daxilindədir və baza ssenariyə əsasən 2025-ci ilin sonuna və 2026-cı ildə də hədəf daxilində qalacaq.Son meyillərin təhlili növbəti ilə inflyasiya proqnozunun azalma istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir.Oktyabr proqnozlarına görə illik inflyasiyanın 2025-ci ildə 6%, 2026-cı ildə isə 5.7% olacağı gözlənilir. İnflyasiya proqnozunun yuxarıya doğru dəyişdirilməsi, əsasən təklif amilləri ilə bağlı olduğunu qiymətləndirmişdi. AMB-nin baza ssenarisi üzrə iyul proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5.7%, 2026-cı ildə isə 5.3% olacağı gözlənilirdi.
10 dekabr 2025-ci il tarixdə faiz dəhlizi 0.25 faiz bəndi endirilərək uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı və yuxarı həddi müvafiq olaraq 5.75% və 7.75% olub. Son meyillər inflyasiya proqnozunun azalma istiqamətində dəyişmə ehtimalını göstərir.








