Azərbaycanda 2024-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi 2023-cü ilin yanvar ayına nisbətən 1.7 faiz olub.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilir.
İnflyasiya qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0.7 faiz, qeyri-qida məhsulları üzrə 1.7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3.2 faiz təşkil edib.
2024-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.5 faiz təşkil etmişdir.






