6 C
Baku
Wednesday, January 15, 2025

Azərbaycanda imtahanların keçirilməsi ilə bağlı yenilik edilir – DİM sədri açıqladı

“Yaxın gələcəkdə imtahanlar rəqəmsal formada keçiriləcək”.

Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in Niderlandın İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzinin (RCEC) sertifikatı ilə təltifedilmə mərasimində çıxışı zamanı qeyd edib.

M.Abbaszadə bildirib ki, DİM yerli ekspertlərlə də əməkdaşlıq etməyə hazırlaşır: “Eyni zamanda, yerli ekspertlərlə sosial sorğu keçirib müzakirələr aparmaqla imtahanlar, qiymətləndirilmə haqqında onların da fikirlərini nəzərə alacağıq. Biz yeni qiymətləndirilmə sisteminə keçməliyik”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər