-1 C
Baku
Sunday, December 15, 2024

Ölkə üzrə illik inflyasiya 1%-dən aşağı düşdü

2024-cü ilin fevral ayında istehlak qiymətləri indeksi 2023-cü ilin fevral ayına nisbətən 0.8 faiz təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayır.

Qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0.3 faiz azaldığı halda, qeyri-qida məhsulları üzrə 1.4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 2.3 faiz artıb.

Azərbaycan Mərkəzi Bankı ölkədə pul-kredit siyasəti ilə bağlı son verdiyi açıqlamada bildirib ki, onun inflyasiya targeti 2%-6% arasında dəyişir. Belə olacağı halda AMB-nin uçot faiz dərəcəsi ilə bağlı növbəti siyasətində daha da yumşalmaya getməsinə səbəb ola bilər. AMB sonuncu 31 yanvar iclasında uçot faiz dərəcəsini  8%-dən 7.75%-ə endirmişdi.

2024-cü ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.6 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1.3 faiz təşkil edib.

234567890

Son xəbərlər
Digər xəbərlər