15 C
Baku
Monday, April 14, 2025

Azərbaycanda inflyasiya 6 faizə çatır – Bu, Mərkəzi Bankın hədəf çərçivəsinin yuxarı həddidir

Azərbaycanda 2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi 2024-cü ilin mart ayına nisbətən 5.9 faiz artıb. Öncəki ayda illik inflyasiya 5.5 faiz olmuşdu.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6.5 faiz, qeyri-qida məhsulları üzrə 2.8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7.5 faiz artım təşkil edib.

2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,6 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5.6 faiz artıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının pul kredit siyasətində inflyasiya hədəfinin aşağı həddi 2%, yuxarı həddi isə 6% götürülür. Qiymət tənzimlənməsi AMB-nin əsas mandatıdır və 23 apreldə faiz dərəcəsinin parametrlərini açıqlamalıdır. AMB son 10 ayda uçot faiz dərəcəsinə dair iclaslarda gözləmə mövqeyinə keçib. 02.05.2024 tarixindən etibarən faiz dəhlizinin aşağı həddi – 6.25%, yuxarı həddi – 8.25%, uçot faiz dərəcəsi – 7.25% müəyyən edilib.

Bununla da Azərbaycanda real faiz dərəcəsi kiçilib. Belə ki, AMB-nin müəyyən etdiyi 7.25 faiz uçot faiz dərəcəsi ilə illik inflyasiya arasındakı fərq martda 1.4 faizə düşüb ki, bu da 2023-cü ilin avqustundan bu tərəfə ən aşağı göstəricidir. Bir il öncə bu fərq 7.1 faiz idi.

34324234

Son xəbərlər
Digər xəbərlər