2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda inflyasiya 8.8%-ə düşdü

2023-cü ildə istehlak qiymətləri indeksi 2022-ci ilə nisbətən 8.8 faiz olub. Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 9.6 faiz, qeyri-ərzaq məhsulları üzrə 8.4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8.2 faiz təşkil etmişdir. 2023-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.5 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 2.1 faiz təşkil etmişdir.

2023-cü ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1.0 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 0.8 faiz təşkil edib.32432324

 

Son xəbərlər
Digər xəbərlər