9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda inflyasiya bir qədər də düşdü – Aylıq deflyasiya qeydə alındı!

2023-cü ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi Azərbaycanda 2022-ci ilin yanvar-may aylarına nisbətən 13.1 faiz təşkil edib. Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat verilir.

2022-ci ilin maksimum zirvəsi olan 13.9 faiz səviyyəsindən 0.8 faiz bəndi aşağıdır.

O cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 15.8 faiz, qeyri-ərzaq məhsulları üzrə 11.6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10.6 faiz təşkil edib.

2023-cü ilin may ayında ölkə ərazisində 0.4 faizlik aylıq deflyasiya qeydə alınıb, əvvəlki ilin may ayına nisbətən istehlak qiymətləri indeksi 11.5 faiz təşkil edib.

234234

Son xəbərlər
Digər xəbərlər