24 C
Baku
Saturday, June 14, 2025

Azərbaycanda inflyasiya mayda sabit qalıb – 6.3%

2025-ci ilin mayında istehlak qiymətləri indeksi 2024-cü ilin mayı ilə müqayisədə 6,3 faiz artmaqla öncəki ayla eyni qalıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarında bu göstərici 7,8 faiz, qeyri-qida məhsullarında 2,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərdə isə 7,3 faiz artıb.

2025-ci ilin mayında qiymətlər əvvəlki ayla müqayisədə 0,1 faiz azalıb, yanvar-may aylarında isə ötən ilin eyni dövrünə nisbətən 5,9 faiz artım qeydə alınıb.

Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarında may ayında əvvəlki ayla müqayisədə qiymətlər 0,4 faiz azalıb, ilin ilk beş ayında isə ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artıb.

May ayında əvvəlki aya nisbətən daha çox bahalaşan məhsullar bunlar olub: mal əti, kolbasa məmulatları, kərə, günəbaxan və qarğıdalı yağları, limon, alma, armud, kivi, ağ kələm, brokkoli, süfrə çuğunduru, təbii bal, qəhvə və kakao. Ən çox ucuzlaşma isə yumurta, banan, çiyələk, göyərti, xiyar, pomidor, şirin bibər, badımcan, sarımsaq, soğan və kartofda qeydə alınıb. Digər qida məhsullarında ciddi dəyişiklik olmayıb.

Son xəbərlər
Digər xəbərlər