8 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda qiymətlər düşür – İyunda inflyasiya 12.7% olub

2023-cü ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-iyun aylarına nisbətən 12.7% artıb. Bu da 2022-ci ilin oktyabrındakı zirvədən 1.2 faiz bəndi aşağıdır.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Öncəki ayda bu rəqəm 13.1% idi.

Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə inflyasiya 15.1 faiz, qeyri-ərzaq məhsulları üzrə 11.4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10.5 faiz təşkil edib.

2023-cü ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.9 faiz (deflyasiya), əvvəlki ilin iyun ayına nisbətən 10.6 faiz təşkil etmişdir.

23131313122023-cü ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak
qiymətləri indeksi əvvəlki aya nisbətən 2.1 faiz az, əvvəlki ilin iyun ayına nisbətən 11.5 faiz
təşkil edib.

Son xəbərlər
Digər xəbərlər