10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda inflyasiyadan qorunmaq üçün dollara investisiya ağıllı fikirdir?

Heç kimə sirr deyil ki, pandemiya və Rusiya-Ukrayna müharibəsinin nəticəsi olaraq Azərbaycanda və bütün dünyada baş qaldıran inflyasiya artıq son illərin rekordlarını təzələyir. Azərbaycanda bu rəqəm xüsusilə yüksəkdir. İlin əvvəlindən pensiyalar və əmək haqqılarda olan artımlar inflyasiyanın bir qədər də sürətlənməyinə səbəb olub. Banker.azın verdiyi məlumata görə, Mərkəzi Bankın rəsmi rəqəmləri  inlfylasiyanın həcminin artıq 13.7%-ə çatdığını bildirir. Bu, hələ rəsmi rəqəmdir. Ekspertlərin bildirdiyinə görə, qeyri-rəsmi rəqəm 20% ətrafındadır. Növbəti ildə inflyasiyanın sürətlə düşməsi ilə bağlı pozitiv siqnalların olmadığı bildirilir.

download 1

Əhalini narahat edən məqamlardan biri də odur ki, illərlə yığdıqları vəsait göz qabağında əriyib gedir. Hazırda manatda olan vəsaiti banklara depozit şəklində qoymaq da bu riskləri qismən örtür. Çünki hazırda bankların təklif etdiyi maksimal depozit faizi 11% təşkil edir, rəsmi inflyasiyanın həcmi isə yuxarıda qeyd olunduğu kimi oktyabr ayında 14% yaxın olub.

Son dövrlər əhali arasında yaranan fikirlərdən biridə budurki, inflyasiyadan qorunmaq üçün pulu dollarda saxlamaq sərfəlidir. Düzdür, bu tədbir onları devalvasiya olduğu halda xilas edə bilən tədbirlərdəndir, lakin inlfyasiya üçün bu, təsirli addım deyil. Çünki Azərbaycan manatı hazırda ölkədə dollara bağlanıb və artıq neçə ildir ki, valyuta məzənnəsi Mərkəzi Bank tərəfindən dəyişməz saxlanılıb. Odur ki, manatın inflyasiyaya uğraması, avtomatik olaraq dolları da eyni səviyyədə ucuzlaşdırır. Halbuki, dolların dünya ölkələrində inlfyasiyası Azərbaycanda olduğundan xeyli aşağıdır.

 

 

Son xəbərlər
Digər xəbərlər