13 C
Baku
Tuesday, May 7, 2024

Azərbaycanda inflyasiyanın necə hesablandığı açıqlanıb

Azərbaycanda inflyasiyanın necə hesablandığı açıqlanıb.

Bu barədə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov məlumat verib.

Yusif Yusifov deyib ki, inflyasiya ilə bağlı 538 adda ərzaq və qeyri-ərzaq qiymətləri üzərində müşahidə aparılaraq qərar qəbul edilir: “Bura daxil olan 151 adda ərzaq məhsulu ümumi istehlakın 45.7%-ni təşkil edir. Biz məlumatların 30%-ni insan faktoru olmadan iri supermarketlərdən birbaşa alırıq. Alınan məlumatlar bizə inteqrasiya olunur. Eyni zamanda biz inflyasiyanı Beynəlxalq Valyuta Fondunun istehlak qiymətləri indeksinin hesablanması əsasında hesablayırıq”.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər