Bu ilin may ayında Azərbaycanda “Instagram” sosial şəbəkə istifadəçilərinin sayı aprel ayı ilə müqayisədə 5% və ya 200,6 min nəfər artıb.
İyunun 1-i tarixinə ölkə üzrə 4 165,9 min nəfər aktiv “Instagram” istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 40,4%-ni təşkil edir.
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə istifadəçi sayı 14,3% və ya 521,9 min nəfər artıb.
İstifadəçilərin 62,2%-i kişilər, 37,8%-i isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 395,9 min) ibarət olub. Bu yaş istifadəçi kateqoriyası arasında kişilər 881,8 min nəfərlə liderlik edir.